Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Taliban” qadınlara iş və təhsil hüququ verməyə tələsmir

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Taliban” hərəkatı qadınlara iş və təhsil hüququnun verilməsi məsələsi ilə məşğul olmaqdan imtina edib.

Ppess.az xəbər verir ki, bu barədə məlumatı müvəqqəti Əfqanıstan hökumətinin informasiya və mədəniyyət nazirinin müavini Zabiulla Mücahid açıqlayıb.

“Taliban” nümayəndəsinin sözlərinə görə, qadınların da işə ehtiyacı var, lakin Əfqanıstanın İslam əmirliyinin rəhbərliyi bu məsələ ilə məşğul olmayacaq.

“Rəhbərlik bu məsələni nəzərdən keçirmək üçün İslam alimlərinə həvalə edib”, - deyə Zabiulla Mücahid qeyd edib. 

Z.Mücahid, həmçinin bildirib ki, qadınların hüquqları ilə bağlı məsələ yaxın zamanlarda müzakirə olunacaq. O, “Taliban” radikal hərəkatının qızların yaxın vaxtlarda təhsil müəssisələrinə geri qayıtmasına zəmanət verən daha əvvəlki bəyanatını faktiki olaraq təkzib edib. 

“Taliban” rəhbərliyi sentyabrın 20-si kişilərin əvəz edə biləcəyi işlərdə çalışan qadınlara evdə qalmağı və işə getməməyi əmr edib. Bununla belə, sözügedən qadınların əmək haqqlarının ödəniləcəyi vəd edilib. Əfqanıstanın yeni rəhbərliyi yalnızca kişilərin icra edə bilməyəcəyi işlərdə qadınların işlərini davam etdirməsinə icazə veriblər. Məsələn, şəhərlərdə qadın tualetlərinin qadın işçiləri vəzifələrində qala bilib. 

Bununla yanaşı, qaydalara görə, əfqan qadınlar kişilərlə birgə işləməməlidir. Bu isə qadınları dövlət müəssisələrində, banklarda, KİV-də və əksər şirkətlərdə işləmək hüququndan məhrum edir. 

“Taliban” tərəfindən sentyabrın 28-i Kabil universitetinin rektoru təyin edilən Məhəmməd Əşrəf Hayrat ölkədə “əsl islam nizam”ı təyin olunana qədər universitetdə qadınlara dərs demək və təhsil almağı qadağan edib.

Oxşar xəbərlər
OTACI