Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran sabah genişmiqyaslı hərbi təlimlər keçirəcək

11 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İran sabah genişmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirəcək.

Press.az "Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Hətəm əl-Ənbiya Hava Müdafiə Qərargahı komandiri, general Qədir Rəhimzadə deyib.

O bildirib ki, "Vilayət səması müdafiəçiləri – 1400” adlı təlim ölkənin Kəbir çölündə baş tutacaq.

Təlimdə İran Ordusu Hava Qüvvələri, İnqilab Keşikçiləri Ordusu Hava Qüvvələri və Hava-Kosmos Qüvvələri birlikləri iştirak edəcək.

Qeyd olunub ki, sözügedən təlimlərin məqsədi birliklərin döyüşəhazırlıq qabiliyyətini gücləndirməkdir.

Təlimlərdə yerli istehsal hava müdafiə sistemləri, elektron hava sistemləri, döyüş təyyarələri, PUA-lar, ağıllı sursatlar və qanadlı raketlər yoxlanılacaq.

Oxşar xəbərlər
OTACI