Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Taliban” rəsmisi: "İŞİD-lə mübarizədə ABŞ-a ehtiyacımız yoxdur"

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əfqanıstanın hakimiyyətdə olan radikal “Taliban” hərəkatının hərbi qüvvələri ölkənin müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar keçirir.

Report xəbər verir ki, bu barədə radikalların nümayəndəsi və Əfqanıstan hökumətində informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Zabihulla Mücahid bildirib.

“Əfqanıstanın müxtəlif bölgələrində İŞİD-i məhv etmək üçün əməliyyatlar davam edir. İŞİD yaraqlılarının bir çoxu məğlub edilib, sığınacaq üçün vacib yerlər tapılıb və biz onları axtarırıq", - “Taliban” rəsmisi bildirib.

Mücahid qeyd edib ki, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qruplaşma ilə müstəqil mübarizə apara bilir. "İslam Əmirliyi (Taliban-red) İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur”, - o qeyd edib.

Oxşar xəbərlər
OTACI