Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ Əfqanıstanı koronavirusa qarşı peyvəndlə təmin edəcək

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Əfqanıstanı koronavirusa qarşı peyvəndlə təmin etməyə hazır olduğunu açıqlayıb.

Press.az RBC-yə istinadən xəbər verir ki, bunu "Taliban" hökumətində xarici işlər naziri vəzifəsini icra edən Molla Amir Xan Muttaki Dohada Amerika nümayəndə heyəti ilə görüşdən sonra bildirib.

Muttakinin sözlərinə görə, danışıqlar humanitar yardım və "Taliban"la ABŞ arasındakı müqavilənin müddəalarının yerinə yetirilməsinə yönəlib.

Bundan əlavə, "Taliban" nümayəndələri amerikalı diplomatlardan Əfqanıstan Mərkəzi Bankının ehtiyatlarına qoyulan məhdudiyyətlərin qaldırılmasını istəyiblər.

Oxşar xəbərlər
OTACI