Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada saxta içkidən zəhərlənmə ilə bağlı 5 nəfər həbs edilib

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Orenburq vilayət məhkəməsi saxta içkilərdən zəhərlənmə faktı ilə bağlı 5 nəfər barəsində həbs qətimkan qərarı çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

İş üzrə materiallar Orsk şəhəri Sovetskiy Rayon Məhkəməsi, Dombarovskiy Rayon Məhkəməsi və Yasnenskiy Rayon Məhkəməsi tərəfindən araşdırılıb. 

Son məlumatlara görə, zəhərlənmə qurbanlarının sayı 29 nəfərə çatıb.

Daxili İşlər Nazirliyi sakinlərin ölüm səbəblərini müəyyən etmək üçün bir sıra müayinələr keçirib. Ümumilikdə iki minə yaxın ələ keçirilən obyektin ekspertizası aparılıb. Bəzi şüşələrdə metanolun artıq olduğu müəyyən edilib.

Oxşar xəbərlər
OTACI