Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Batumi şəhərində binanın uçması nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB, ANBAAN VİDEO

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın Batumi şəhərində yaşayış binasının çəkməsi nəticəsində dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb. 

Press.az xəbər verir ki, Gürcüstan DİN xilasetmə işlərinin davam etdiyini bildirib. Dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.  

***00:02

Bu gün Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının bir hissəsi uçub, dağıntılar altında 15-ə yaxın insanın qaldığı bildirilir.

Bir neçə dəqiqə əvvəl sosial şəbəkələrdə hadisənin baş verdiyi anın videosu yayılıb.

Video ətraf mağazalardan birinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, son məlumata əsasən bu saat qədər dağıntılar altından ikisi uşaq olmaqla beş nəfər sağ tapılıb.

Digərlərinin axtarışı davam etdirilir.

Oxşar xəbərlər
OTACI