Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə ölüm cəzası ləğv edildi

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Afrikanın qərbində yerləşən Syerra-Leonedə ölüm hökmü ləğv edilib.

Press.az Modern.az-a xəbər verir ki, bu barədə ölkə prezidenti Yulius Maada Bio müvafiq sərəncam imzalayıb

Agentlik qeyd edir ki, 20 ildən sonra ölkə öhdəliklərini yerinə yetirib və respublikada ölüm cəzası tamamilə ləğv edilib.

Prezidentin imzaladığı qanun iyul ayında ölkənin bir palatalı parlamenti tərəfindən qəbul edilib. 1991-ci ildən qüvvədə olan Syerra-Leone Konstitusiyası vətənə xəyanət, qiyam, qətl və ya ağırlaşdırılmış oğurluq üçün ölüm cəzasını nəzərdə tuturdu. Ölüm cəzası ölkədə sonuncu dəfə 1998-ci ildə çevriliş cəhdinə görə 24 zabit edam edildikdə tətbiq edilib.

 

Oxşar xəbərlər
OTACI