Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanda bu tarixdən başlayaraq məktəblər və bağçalar açılır

28 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanda oktyabrın 4-dən etibarən məktəblərdə və uşaq bağçalarında əyani tədris bərpa olunacaq.

Qafqazinfo gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Koronavirusla mübarizə üzrə  Dövlət İdarələrarası Koordinasiya Şurası Operativ Qərargahının rəhbəri Georgi Qibradze bildirib. Onun sözlərinə görə, 4 oktyabrdan ölkədə, həmçinin, əyləncə mərkəzləri də fəaliyyətini bərpa edəcək.

“Oktyabrın 4 -dən etibarən sinif və auditoriyalarda təhsil prosesi bərpa olunacaq. Məktəbəqədər təhsil müəssisələri və uşaq əyləncə mərkəzləri də işini bərpa edəcək”, - deyə Qibradze brifinq zamanı deyib.

Yeni qaydaya əsasən, sinfindən asılı olmayaraq bütün uşaqlar tibbi maska taxmalıdır.

Xatırladaq ki, Gürcüstanda pandemiya səbəbindən məktəblər və uşaq bağçaları 2020-ci ilin martından bağlanıb.

Oxşar xəbərlər
OTACI