Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Roma Papasını qadınlar qoruyacaq

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Roma Papasının elit mühfizə dəstəsi olan İsveçrə qvardiasına qadınlar qəbul edilə bilər.

Press.az xarici mediaya istinadən xəbər verir ki, Vatikanda xüsusi dəstənin yataqxanasında aparılan təmir işləri belə deməyə əsas verir. Belə ki, bir qayda olaraq, İsveçrə qvardiyası üzvləri ümumi vanna otağı və bir neçə çarpayısı olan otaqlarda yerləşdirilir. Hazırda isə yataqxanada ayrı vanna otağı olan təkçarpayılı otaqlar hazırlanır və onların qadınlar üçün nəzərdə tutulduğu güman edilir.

Qeyd edək ki, İsveçrə qvardiyası 1527-ci ldən etibarən Papanı qoruyur. Dəstə üzvləri mütləq şəkildə İsveçrə vətəndaşı olmalıdır. Mühafizəçilər 2-25 il müddətinə xidməti müqavilə imzalayır və 1200 avro aylıq məvacib alır. Onların bütün ehtiyacları Vatikan tərəfindən qarşılanır.

Oxşar xəbərlər
OTACI