First slide

Dünyada koronavirusa yoluxanların sayı 228 milyonu keçib

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada COVID-19-a yoluxma ilə bağlı qeydə alınmış halların sayı 228 milyon 167 min 999 təşkil edib.

Press.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Xopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, virusun yayılmasının əvvəlindən bu günə kimi COVID-19-dan ölənlərin sayı 4 686 384 nəfərə çatıb.

COVID-19-a 20 milyondan çox yoluxma hallarının çoxu ilə bağlı üçlüyə ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ həm də koronavirus qurbanlarının sayına görə dünyada birincidir.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI
OTACI