First slide

Britaniya alimləri sadə arıqlama üsulu tapdılar - “90 dəqiqə”

19 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Britaniyalı alimlər “90 dəqiqə” adlı sadə və effektli bir arıqlama üsulu hazırlayıblar.

Qeyd edilir ki, artıq çəkili insanlar bu qaydalara riayət edərək yeməkdə xüsusi məhdudiyyətlər və yorucu fiziki fəaliyyət olmadan arıqlaya bilərlər.

Belə ki, artıq çəkidən azad olmaq istəyənlərin həmişəkindən 90 dəqiqə gec səhər yeməyi, 90 dəqiqə tez axşam yeməyi yemələri tövsiyə olunur.

Tədqiqatçıların fikrincə, bu qayda hər kəsə çox səy göstərmədən arıqlamağa kömək edəcək.

10 həftə ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, göstərilən qaydada yemək yeyənlər normal rejiminə əməl edənlərə nisbətən iki dəfə sürətli arıqlayıblar.

Eyni zamanda iştirakçılar yemək seçimində və miqdarında tamamilə sərbəst olublar.

Mənbə: News.ru

Oxşar xəbərlər
OTACI
OTACI