Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanda gənc futbolçu koronavirusdan ölüb

11 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın "Vit Corciya 2" komandasının futbolçusu Vaxtanq Çarkviani dünyasını dəyişib.

Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı oyunçunun ölümünə koronavirus səbəb olub.

12 gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vaxtanq Çarkviani Tbilisi "Dinamo"sunun yetirməsidir. O, Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət yığmasında da çıxış edib.

Oxşar xəbərlər
OTACI