Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Alimlər: "Koronavirusun “Mü” və “Lambda” növləri “Delta”nın azalmasına səbəb olmayacaq"

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVID-19 virusunun “Mü” və “Lambda” variantları “Delta” variantını əvəz etməyəcək.

Press.az “WSJ”yə istinadən xəbər verir ki, belə bir qənaətə ABŞ-ın Sietl şəhərində yerləşən Fred Hatçinson Xərçəng Tədqiqatları Mərkəzinin əməkdaşları gəlib. Belə ki, koronavirusun bundan sonrakı dalğaları zamanı daha yoluxucu olan “delta” ştammı və onun alt növləri ön planda olacaq.

Bəzi alimlərin fikrincə, dünya üzrə peyvəndləmə işi geniş vüsət aldıqda “delta” ştammının yoluxma dərəcəsi müəyyən mərhələdə sonlana bilər.

Bundan əvvəl ABŞ-ın baş infeksionisti Antoni Fauçi də yeni “mu” variantının müəyyən şərtlərdə bəzi anticisimlərin qorumasını dəf edə biləcəyini açıqlamışdı.

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxmaların 88 faizinə qədəri “delta” variantının payına düşür.

Oxşar xəbərlər
OTACI