Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb, küçəyə çıxmaq qadağan edilib

10 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Mardin şəhərində PKK terrorçularının polisi öldürdüyü bölgədə genişmiqyaslı əməliyyatlara start verilib.

Press.az “TRT Haber”ə istinadən xəbər verir ki, Mardin Valiliyi Artuklu rayonunun Yardere məhəlləsində küçəyə çıxmağı qadağan edib.

Bildirilib ki, terrorçuların məhv edilməsi və onların istifadə etdiyi sığınacaq və anbarların dağıdılması, silah-sursatın ələ keçirilməsi məqsədilə genişmiqyaslı antiterror əməliyyatları keçirildiyi üçün insanların təhlükəsizlik tədbirlərini nəzərə alaraq qərara uyğun davranması əhəmiyyət kəsb edir.

Qeyd edək ki, adıçəkilən məhəllədə PKK terrorçuları ilə atışma zamanı bir polis nəfəri şəhid olmuşdu.

Oxşar xəbərlər
OTACI