Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əslən qazax olan 35 nəfər Əfqanıstandan tarixi vətənlərinə gətirilib

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, sentyabrın 9-da 35 nəfər etnik qazax Əfqanıstandan tarixi vətənlərinə gətirilib.

Press.az xəbər verir ki, Kabildən Almatı hava limanına ümumilikdə 41 sərnişin gəlib. Onlar karantin rejimi ilə əlaqədar bir müddət təcrid olunacaqlar.

Təxliyə uçuşu Taliban rejimi ilə razılaşdırılaraq təşkil edilib. Qazaxıstanın Kabildəki səfirliyi əvvəlki reimdə fəaliyyət göstərir və Əfqanıstanda yaşayan qazaxlarla daim əlaqə saxlayır.

Xatırladaq ki, avqustun 18-də Qazaxıstan 25 vətəndaşını Əfqanıstandan təxliyə etmişdi.

Əfqanıstandakı vəziyyətlə əlaqədar, BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) və digər beynəlxalq təşkilatların ofisləri müvəqqəti olaraq Kabildən Almatıya köçürülüb.

 

Oxşar xəbərlər
OTACI