Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana gedib

09 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.

Report xəbər verir ki, məlumatı “Aysor” yayıb.

O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.

Oxşar xəbərlər
OTACI