Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Taliban" Əfqanıstanda etiraz aksiyalarını qadağan edib

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Taliban" Əfqanıstanda icazəsiz nümayişləri, xüsusən də etiraz aksiyalarını qadağan edib.

Press.az TASS-a istinadən xəbər verir ki, yeni hökumətin Daxili İşlər Nazirliyinin müvafiq əmri teleqram kanallarından birində dərc edilib.

"Son günlərdə Kabildə və digər əyalətlərdə mülki əhalinin təhlükəsizliyi və əmin-amanlığını pozan kütləvi nümayişlər baş verib. Bütün bu cür hərəkətlər qanuni olmalı və Ədliyyə Nazirliyi, eləcədə digər müvafiq qurumlarla əlaqələndirilməlidir. İstənilən nümayişin və aksiyanın məqsədi, şüarlar və digər detallar 24 saatdan gec olmayaraq müvafiq güc strukturlarına bildirilməlidir ", - məlumatda deyilir.

Qeyd edilir ki, bu qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaqlar.

Oxşar xəbərlər
OTACI