Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə universitetlər açılır

08 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunur.

Press.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu ölkənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar deyib.

“İlyarım əvvəl universitetlərimizdə necə üz-üzə tədris həyata keçirilirdisə, bu tədris ilinə də ənənəvi qaydada başlayacağıq. Tələbələri həyəcanla gözləyirik. Uzaqdan tədrisin ənənəvi tədrisi əvəz etməsini düşünmək olmaz. Biz üz-üzə tədrisin başlıca qayda olduğunu düşünürük. Təbii ki, bəzi hallarda istisnalar ola bilər”, - o bildirib.

E.Özvar təhsil işçilərinin, müəllim və tələbələrin vaksin olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 6 sentyabrdan orta təhsil müəssisələrində də ənənəvi tədris bərpa olunub.

Oxşar xəbərlər
OTACI