Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yeni standart qəbul edildi: Enerjiyə və suya qənaət ediləcək - RƏSMİ

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanlarının yaradılması və ətraf mühitin qorunmasına xidmət edəcək yeni dövlət standartı təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Press.Az-a verilən məlumata əsasən, bu məqsədlə AZS ISO 14001:2021 (az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib.

Yeni dövlət standartının qüvvəyə minməsi ilə əlaqədar AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri. İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” və AZS 054-2001 “Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər” dövlət standartları qüvvədən düşüb.

Yeni standartın tətbiqi enerjidən və sudan istifadənin səmərəliliyinin artırılmasına, qanunvericiliyin tələblərinin sistemli şəkildə yerinə yetirilməsinə və ətraf mühitin qorunmasına xidmət edəcək.

Oxşar xəbərlər
OTACI