Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda un ucuzlaşıb - Yeni qiymətlər

02 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son 20 gündə Azərbaycanda unun qiyməti 3%-dən çox ucuzlaşıb.

Press.az Yeniavaz.com-a istinadən xəbər verir ki, dünən Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 31,5-34 manat arasında dəyişib.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 31,5 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə - 35 manata "Nural” MMC satıb.

20 gün əvvəl isə "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 32,5 manata, "Nural” MMC isə 36 manata satıb.

Məlumat üçün qeyd edək ki, son 5 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 16%-dən çox ucuzlaşıb.

Oxşar xəbərlər
OTACI