Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını AÇIQLADI

06 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın 2023-cü il üçün ÜDM-nin artım tempi 2,2% səviyyəsində proqnozlaşdırılır ki, bu da yanvardakı gözləntilərdən 0,6 faiz bənd aşağıdır.

Press.az report-a istinadən xəbər verir ki, bu proqnoz Dünya Bankının (DB) bu gün dərc edilən “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyun hesabatında verilib.

DB-nin hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5% (yanvar proqnozu 2,6% idi), 2025-ci ildə isə 2,6% təşkil edəcək.

Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü il üzrə ÜDM-in nominal həcmi 111,6 milyard manat (ilkin proqnoz 106 milyard manat idi – red.), real artım 1,8% (2,7% faiz) səviyyəsində qiymətləndirilir.

O cümlədən qeyri-neft ÜDM-nin nominal həcmi 77,7 milyard manat (ilkin proqnoz - 73,3 milyard manat), real artım 4,9 faiz (4,5 faiz) səviyyəsində proqnozlaşdırılır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6% təşkil edib, o cümlədən qeyri-neft sektoru 9,1% artıb.

Oxşar xəbərlər
OTACI