Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Energetika naziri Türkiyənin Azəraycandakı yeni səfirini qəbul edib

23 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Energetika naziri Pərviz Şahbazov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcını qəbul edib.

Bu barədə Press.az-a Nazirlikdən məlumat verilib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək, bu istiqamətdə əlaqələrin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə, həmçinin ona qədər Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı dəyişməz mövqeyi, davamlı mənəvi və siyasi dəstəyi Azərbaycan-Türkiyə qardaşlığının və sarsılmaz birliyinin ən yüksək zirvədə olmasına bariz nümunə kimi qiymətləndirilib. Bu il iyunun 15-də Azərbaycan və Türkiyənin dövlət başçılarının imzaladığı "Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətinə toxunulub, bu sənəddə energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib, “Şuşa Bəyannaməsi”nin bütün sahələrdə, o cümlədən energetika sahəsində dost, qardaş və tərəfdaş münasibətlərini daha da möhkəmləndirdiyi vurğulanıb.

Həmçinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi”, “TANAP” kimi qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, Azərbaycanla Türkiyənin enerji əməkdaşlığının ikitərəfli və regional faydalarından bəhs edilib. Ənənəvi enerji sahələri ilə yanaşı bərpa olunan enerji mənbələri üzrə də ölkələrimiz arasında yüksək əməkdaşlıq perspektivlərinin olduğu bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, “yaşıl enerji” zonasının reallaşdırılması layihələri barədə məlumat verilib, bu çərçivədə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərinin maraq göstərməsi yüksək qiymətləndirilib.

Oxşar xəbərlər
OTACI