Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SOCAR-ın işdən azad olunan rəhbər vəzifəli şəxsləri ilə görüş keçirilib

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 22-də SOCAR-ın Baş ofisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitseprezidentləri ilə görüş keçirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edib:

“Sizinlə birgə keçdiyimiz bu çətin və şərəfli yol Azərbaycanın iqtisadi inkişafı və yüksəlişi dövrünə təsadüf edib. Son 15 ildə Prezidentimiz İlham Əliyev bizim hər birimizə böyük etimad göstərərək qarşımıza yüksək hədəflər qoyub. Prezidentin rəhbərliyi altında həmin hədəflərə çata bilmişik. Şirkətimizin və ölkəmizin böyük inkişafında iştirak etmək imkanını bizə verdiyinə görə Prezidentə minnətdar olmalıyıq”.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar da çıxış edib, onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və dövlətçiliyin güclənməsi istiqamətində var güclərini sərf edəcəklərini qeyd ediblər.

Sonda B.Hüseynova, D.Məmmədova, M.İsmayılova və T.Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilib və xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər
OTACI