Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azəriqaz”ın baş direktorundan XƏBƏRDARLIQ: “Həmin şəxslərlə bağlı ciddi tədbirlər görüləcək”

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sayğacların sökülməsi və əvəzlənməsi prosesi ilə bağlı abonentlər mütləq şəkildə məlumatlandırılmalıdırlar”.

Press.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.

İB-nin rəhbəri bildirib ki, bu prosesin gedişatında abonentin iştirakı təşkil edilməlidir.

“Abonentin iştirakı olmadan sayğacların əvəzlənməsi prosesi aparıla bilməz. Əlbəttə ki, sayğaclar sökülən zaman mütləq şəkildə abonentin iştirakı təmin olunmalıdır. Abonentin iştirakı olmadan sayğacın dəyişdirilməsi halları baş veribsə, çəkinmədən bu barədə quruma müraciət edə bilərlər”.

Ruslan Əliyev qeyd edib ki, müvafiq hallarla bağlı müraciətlərə rəhbərlik tərəfindən müsbət baxılacaq və bu kimi hallara yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. 

Oxşar xəbərlər
OTACI