Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naxçıvan iqtisadiyyatı 0,4% böyüyüb

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də 1 024,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Press.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,4 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,1 % artaraq 2 219 manat olub.

5 aylıq ÜDM-in 459,5 milyon manatlıq hissəsi sənaye məhsulu olub. Bu, illik müqayisədə 1 % çoxdur.

Hesabat dövründə bölgədə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 2,9 % artaraq 59,3 milyon manat təşkil edib.

Oxşar xəbərlər
OTACI