Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Kapital Bank”ın kart sahibləri əlavə keşbek qazanacaqlar!

11 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kapital Bank” ASC-nin “Mastercard” və “Maestro” kart sahibləri üçün yeni qazandıran aksiya keçirilir. Şərtlərə görə, kart sahibləri istənilən NFC ödənişləri həyata keçirən zaman, ilk 5 əməliyyatın hər birinə görə 1 AZN, 5-ci əməliyyat zamanı isə əlavə olaraq 5 AZN keşbek qazanacaqlar.

Aksiyada iştirak etmək üçün minimal ödəniş məbləği 5 AZN təşkil etməlidir. 8 iyun 2021-ci il tarixinə qədər davam edəcək aksiyada müştərilər hər “Mastercard” və “Maestro” kartları üzrə yalnız 1 dəfə yararlanaraq, əlavə 10 AZN qazana bilərlər.

“Android” əməliyyat sisteminin istifadəçiləri “BirBank” mobil tətbiqində NFC ödənişləri üçün “Kapital Bank”ın istənilən “Mastercard” və “Maestro” ödəniş kartını əlavə etməklə, ödənişləri həyata keçirə bilərlər. Bu zaman telefonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. Aksiya barədə əlavə məlumatı saytdan almaq mümkündür – https://kbl.az/bmcnc.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” mobil tətbiqinin 2 milyondan artıq istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Mobil tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, yerində digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və yaxud 196 Məlumat Mərkəzi.

Oxşar xəbərlər
OTACI