logo
First slide

Dövlət Xidmətindən “Azəriqaz”a maraqlı TƏKLİF

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Press.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, iş adamlarının müraciətlərinə vaxtında baxılır və lazımi tədbirlər görülür.

"Bu günlərdə sahibkarlığın daha da inkişafı üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən İstehsalat Birliyinə yeni təklif daxil olub. Belə ki, Dövlət Xidməti sahibkarların təbii qaz çəkilişi üçün aldıqları texniki şərtdə dəyişiklik olunmasını tövsiyə edib. Bu günə qədər bu sənəddə əksini tapan 4,8-ci bənd (istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır) qeyd edilən sənəddən çıxarılacaq. Çünki bu tələb sahibkarın qaz ölçü qurğusu seçərkən yenisini almasını şərtləndirirdi. Lakin bəzi sahibkarlar təmir edilərək yenidən istifadəsi mümkün olan qaz sayğaclarından yararlanmaqla məsrəflərinə qənaət etmək istəyirdilər. Bu kimi müraciətləri nəzərə alan Dövlət Xidməti müvafiq təklifi “Azəriqaz”a yönəldib və qurum təşəbbüsü müsbət qarşılayıb.

Ümumiyyətlə, “Azəriqaz” Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı yüksək qiymətləndirir, irəli sürülən təkliflərin ümumi işin daha səmərəli təşkilinə imkan yaradacağına inanır. Hesab edirik ki, bundan sonra da bu cür fəaliyyət davamlı xarakter alacaq", - deyə qurum bəyan edib.

Oxşar xəbərlər
OTACI
OTACI