Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Neft Fondu valyuta satışını azaldıb - Səbəbi isə...

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin mart ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 397,8 mln ABŞ dolları məbləğində vəsait satılıb.

Press.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici fevral ayı ilə müqayisədə 9%, 2020-ci ilin mart ayı ilə müqayisədə isə 4,8 dəfə azalıb.

Cari ilin I rübündə isə Neft Fondu valyuta hərraclarında 1,480 mlrd dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 46,6% azdır.

Qeyd edək ki, ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Son bir ildə satışların pik həddi pandemiya ərəfəsinə – mart ayına təsadüf edib – 1,928 mlrd dollar.

Oxşar xəbərlər
OTACI