Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın idxal və ixrac etdiyi əsas məhsullar məlum olub

17 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci ildə Azərbaycanın idxal və ixrac etdiyi əsas məhsullar məlum olub.

Press.az Trend-ə istinadən bildirir ki, 2020-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 31,7 faiz, meyvə və tərəvəz şirələri - 20,1 faiz, bitki yağları - 1,7 dəfə, meyvə və tərəvəz konservləri - 3,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 16,4 faiz, pambıq lifi - 13,2 faiz, polietilen - 27,6 faiz, qara metallardan borular - 2,0 dəfə artmış, təzə meyvə ixracı isə 10,5 faiz, təzə tərəvəz - 1,2 faiz, şəkər - 2,3 faiz, tütün - 26,1 faiz, çay - 9,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 57,3 faiz, emal olunmamış alüminium - 18,1 faiz, pambıq ipliyi - 29,4 faiz, bentonit gili - 7,1 faiz, qara metallardan yarımfabrikatlar - 36,1 faiz azalıb.

2019-cu illə müqayisədə 2020-ci ildə təzə meyvə idxalı 11,5 faiz, kərə yağı, digər süd yağları və pastaları - 19,8 faiz, mal əti - 10,9 faiz, təzə tərəvəz - 1,8 dəfə, minik avtomobilləri - 15,1 faiz, dərman vasitələri - 38,5 faiz, hesablama maşınları, blok və qurğuları - 23,1 faiz, qara metallardan çubuqlar - 36,6 faiz, mineral gübrələr - 4,5 faiz artmış, buğda idxalı isə 13,9 faiz, bitki yağları - 1,3 faiz, xam şəkər və şəkər - 14,5 faiz, çay - 0,8 faiz, kartof - 5,4 faiz, quş əti və onun əlavə məhsulları - 21,0 faiz, siqaretlər - 71,1 faiz, qara metallardan borular - 22,6 faiz, polad prokatı - 13,6 faiz, rezin şinlər - 17,7 faiz, yük avtomobilləri - 4,1 faiz, mebellər - 24,9 faiz, polietilen - 25,0 faiz, paltaryuyan maşınlar - 7,4 faiz, məişət kondisionerləri - 33,4 faiz, avtobuslar - 52,7 faiz, qara metallardan künclüklər - 14,5 faiz, məişət soyuducuları - 12,0 faiz, sement və sement klinkerləri - 32,6 faiz azalıb.

Oxşar xəbərlər
OTACI