Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkələrdən quş idxalına qadağa qoyuldu

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çexiya və Almaniyanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Press.az-a verilən məlumata görə, Çexiya Respublikasının Orta Çexiya (Stredocesky) və Almaniya Federativ Respublikasının Brandenburq (Brandenburg) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Çexiya Respublikasının Orta Çexiya və Almaniya Federativ Respublikasının Brandenburq inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çexiya Respublikasından və Almaniya Federativ Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxşar xəbərlər
OTACI