logo
First slide

Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni xalça fabriki fəaliyyət göstərəcək.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev yeni xalça fabrikində 3D-çap texnologiyalarının tətbiqi məsələsinə toxunaraq qeyd edib ki, üçölçülü texnologiyaların tətbiqi ilə 3D-xalçaların hazırlanması ölkəmizdə xalçaçılıq sənəti üçün yeni bir istiqamət olacaq.

R.Əliquliyev müasir texnologiyalar tətbiq etməklə xalça istehsalını həyata keçirən “Dadaş-N” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin innovativ təşəbbüslərin artırılmasına, eləcə də elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verdiyini vurğulayıb.

“Dadaş-N” MMC-nin direktoru Nəsimi Dadaşov çıxış edərək 1995-ci ildən fəaliyyət göstərən müəssisənin Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olduğunu vurğulayıb. O, “Dadaş-N” MMC-də istər Azərbaycanın qədim xalçalarının, istərsə də müasir üslubda tikilən xalçaların istehsalı üçün ən son avadanlıqlardan hesab olunan Belçika istehsalı “Van De Viele” şirkətinin kompüter proqramlı oxucu dəzgahından istifadə etməklə müxtəlif ölçülü xalçaların istehsal ediləcəyini diqqətə çatdırıb.

Hazırda daxili bazarda xalça, kilim, palaz və s. kimi məhsullara olan yüksək tələbatdan bəhs edən şirkət rəhbəri daxili tələbatı təmin etmək üçün yeni istehsal müəssisələrinin yaradılmasına ehtiyac duyulduğunu söyləyib. N.Dadaşov əlavə edib ki, müəssisə Azərbaycanda xalçaçılığın inkişafı ilə bağlı qəbul edilən qərar və proqramları rəhbər tutaraq istehsal sahəsini daha da inkişaf etdirməklə daxili təlabatın ödənilməsini, xalça və bu kimi məhsulların ixrac qabiliyyətinin artırılmasını, yeni iş yerlərinin açılmasını, eləcə də Azərbaycan bazarının xarici təchizatçılardan asılılığının azaldılmasını hədəfləyir.

Onun sözlərinə görə, xalçaçılıq sənətini daha da genişləndirmək, daxili bazarı təmin etmək və xaricə valyuta axınının qarşısını almaq üçün kompüter proqramlı bir neçə avadanlıq tələb olunur. Direktor rəhbərlik etdiyi müəssisənin YT Parkda açılacaq yeni xalça fabrikində istənilən növ (milli, klassik, modern) və ölçüdə xalça və kilim məhsullarının istehsal olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu avadanlıqların günlük istehsal gücü 1500-2000 kavdratmetr xalça məhsullarının toxunmasına imkan verir. Müştərilərin istəyi ilə istənilən standart və qeyri-standart ölçülərdə xalçalar toxumaq mümkündür. N.Dadaşov bildirib ki, xalça fabrikində xalça toxumaqla yanaşı, ondan sonrakı prosesləri də icra etmək üçün avadanlıqlar quraşdırılacaq.

Qeyd edək ki, "Dadaş-N” MMC-nin YT Parkının rezidenti kimi qəbul edilib.

Trend

Oxşar xəbərlər
OTACI
OTACI