Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Füzuli-Şuşa avtomobil yolu çəkilir - YENİLƏNİB

17 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa edilir.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Səfər zamanı Füzulidən Şuşaya çəkiləcək yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.

"Bu gün ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşaya aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. 2004-cü ildən bu günə qədər 16 min km-dan çox avtomobil yolu çəkilib. Yollarda keyfiyyətlidir. Şuşaya çəkilən bu yolun xüsusi əhəmiyyəti var. Bu layihə işğaldan azad edilən torpaqlarımızda birinci layihədir", - deyə dövlət başçısı qeyd edib.

***12:46

Füzulidən Şuşaya avtomobil yolu çəkilir.

Press.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı məlumat verib.

Oxşar xəbərlər
OTACI