Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”

20 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 2 055,4 MVt gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7 516,5 MVt-a çatdırılıb".

Press.az-ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Nazir qeyd edib ki, elektroenergetika sistemində ümumi gücü 6 237,7 MVt olan 18 istilik elektrik stansiyası, 1 278,8 MVt gücündə isə su və digər bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir: “Reabilitasiya proqramı çərçivəsində "Azərbaycan" İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 10 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4%-dən 10,2%-dək, 1 kVt·st elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub”.

Onun sözlərinə görə, respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib: “Belə ki, hazırda ümumi gücü 25 133,5 MVA olan 110-500 kV-luq 228 yarımstansiya fəaliyyətdədir”.

P. Şahbazov vurğulayıb ki, yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7% artım əldə edilib: “Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. 2019-cu ildə elektrik enerjisinin istehsalı 26,1 milyard kVt·st, istehlakı isə 21,6 milyard kVt·st təşkil edib”.

Oxşar xəbərlər
OTACI