logo
First slide

Kapital Bank 2020-cu ilin üçüncü rübünün nəticələrini elan edib - "1 oktyabr 2020-ci il tarixinə 5 milyard manat"

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kapital Bank-ın aktivləri 1 oktyabr 2020-ci il tarixinə 5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2020-ci il tarixinə 3,7 milyard manat olub.

Bu barədə Press.az -a bankın Marketinq departamenti, İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bankın 1 oktyabr 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 539 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxşar xəbərlər
OTACI
OTACI