logo
First slide

Energetika Nazirliyinin Çağrı Mərkəzi ilə 9 ayda 1 833 müraciət qəbul edilib

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin III rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i tərəfindən 721 zəng qəbul edilib.

Press.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə, daxil olan zənglərin 457-si enerji təchizatı, 58-i qaz təchizatı, 56-sı elektrik və qaz sayğaclarının quraşdırılması, 2-si mərkəzi istilik sistemi, 107-si isə digər məsələlərlə bağlı olub.

Zənglərin 39-nu təşəkkür xarakterli, 2-ni isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Ümumilikdə bu ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1 833 zəng qəbul edilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 51,3 % artım müşahidə olunub. Onlardan 1 109-u enerji təchizatı, 155-i qaz təchizatı, 137-si sayğaclaşdırma, 7-si mərkəzi istilik sistemi, 140-ı təşəkkür, 260-ı digər məsələlərlə bağlı olub. Zənglərin 25-ni isə Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib.

Hesabat dövründə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Xatırladaq ki, xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) 598-16-55 “Qaynar xətti”, “974” “Çağrı mərkəzi”, [email protected] elektron poçt ünvanı, www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər. 

Oxşar xəbərlər
OTACI
OTACI