Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Energetika Nazirliyi bu ilin 9 ayında 165 icazə verib

09 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ilin III rübündə Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 46 icazə verib.

Bu barədə Press.az-a nazirlikdən bildirilib.

Məlumata görə, icazələrin 44-ü ixrac nəzarətinə düşən malların idxalı, 2-i isə tranziti ilə bağlı olub. Hesabat dövründə 37 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə bu ilin yanvar-sentyabr aylarına isə nazirlik 165 icazə verib ki, bunun da 154-nü idxal, 7-ni ixrac, 4-nü isə tranzitlə bağlı icazələr təşkil edib. Bu dövrdə 124 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Energetika Nazirliyi 3 növ icazəni “ASAN xidmət” mərkəzləri vasitəsilə verir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir. 

Oxşar xəbərlər
OTACI