Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ! Azərbaycanda benzinin QİYMƏTİ QALXDI

05 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün premium markalı yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb.

"SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, premium markalı yanacaq idxal olunan bir yanacaqdır: "Xarici ölkələrdən, məsələn Rumıniya, Rusiya kimi dövlətlərdən idxal olunur. Bu gün səhər saat 8:00-dan etibarən bu növ yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb (1 litr üçün). Səbəb alış qiymətinin baha olmasıdır. Aldığımız ölkədə alış qiyməti qalxdığına görə, qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qaldıq".

Qurum rəsmisi əlavə edib ki, qiymətin 1.50 manata qalxacağı ilə bağlı heç bir plan yoxdur.

Trend

Oxşar xəbərlər
OTACI