Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantin rejimini pozanların ödədiyi cərimələr koronavirusla mübarizəyə yönəldiləcək

07 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilən hüquqi və fiziki şəxslərdən toplanan cərimələrin uçotunun aparılması üçün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində ayrıca xəzinə hesabı açılıb”.

Press.az xəbər verir ki,  bunu “Report”un sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və hər ilin dövlət büdcəsi haqqında qanuna görə inzibati cərimələr büdcəyə ödənilir: “Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmaları koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.

Oxşar xəbərlər
OTACI