Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa görə Bakıda 50 hotel fəaliyyətini dayandırdı

18 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərində 50-yə yaxın orta və kiçik hotellər fəaliyyətini dayandırıb.

Bu barədə Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi məlumat verib.

Onun sözlərinə görə, buna səbəb mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın respublika ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı bir aylıq xüsusi rejimin tətbiq etməsidir:

“Hotellərin fəaliyyətini dayandırması aparılan izolyasiya tədbirləri ilə əlaqədardır. Həmin hotellərin böyük əksəriyyəti icarədə olan hotellərdir. Bu, çox mənfi haldır və məşğulluluq məsələsinə kifayət qədər mənfi təsir göstərir.

Bu məsələlər gələcəkdə ciddi problemlərə yol aça bilər. Hotellərin mövcud vəziyyət aradan qalxdıqdan sonra bərpa proseslərini hansı şəkildə aparacaqlarını proqnozlaşdırmaq özü də çətindir.

Mövcud vəziyyətlə bağlı ölkəyə turistlərin giriş-çıxışı məhdudlaşdırıldığından hotellər çox ciddi itki ilə qarşılaşıblar. Nazirlər Kabineti tərəfindən rəsmi qaydada verilən qərara uyğun olaraq izolyasiya tədbirlərinin aparılması davam etdirilir.

Bayram günləri ilə bağlı məqamlara da münasibət bildirmək olmur. Hər kəsi təmkinli olmağa çağırıram. Yaxşı olar ki, bu dəfə bayramı hər kəs evində keçirsin və gigiyenik normalara ciddi riayət etsin”.

Oxu.az

Oxşar xəbərlər
OTACI