logo
First slide

Pərviz Şahbazov: "Azərbaycan ötən ay OPEC+ çərçivəsində öhdəliyini yerinə yetiri

09 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycan ötən ay OPEC+ formatı çərçivəsində hasilatın azaldılması ilə bağlı öhdəliyini demək olar, yerinə yetirib".

Press.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov bildirib.

"Hələlik yanvar ayının neft hasilatı ilə bağlı göstəriciləri elan etməmişik. Bizim gündəlik neft hasilatı ilə bağlı öhdəliyimiz 769 min barel təşkil edir. Çox güman ki, yanvar ayı üzrə orta gündəlik neft hasilatımız 770 min barel səviyyəsində olacaq", - nazir əlavə edib.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində neft hasilatının azaldılmasına dair 2017-ci ilin əvvəllərindən qüvvədə olan razılaşma bir neçə dəfə uzadılıb və dəyişdirilib. 2019-cu ilin sonunadək qüvvədə olan variantda gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 1,2 milyon barel, bu ilin birinci rübü üçün isə 1,7 milyon barel azaltmaq nəzərdə tutulur. 2019-cu ilin 6 dekabrında yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi gündəlik hasilatın daha 7 min barel aşağı salmaqla 27 min barel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

Oxşar xəbərlər
OTACI
OTACI