logo
First slide

Rövnəq Abdullayev: “Əldə etdiyimiz bütün nailiyyətlərin əsasında Neft Daşlarında qazanılmış zəngin təcrübə dayanır”

07 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu gün bizim əldə etdiyimiz bütün nailiyyətlərin əsasında "Neft Daşları"nda, Xəzər dənizində qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır”.

Press.az xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin AZƏRTAC-da dərc edilən məqaləsində qeyd edilib.

Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Neft Daşları" olmadan Azərbaycanda heç bir böyük neft və yaxud qaz hasilatı layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara veriləcək yeni layihələr hamısı "Neft Daşları"nda birləşir”.

R. Abdullayev bildirib ki, bu, həqiqətən də belədir: “Yaxın illərdə biz “Abşeron”, “Ümid” yataqlarında, “Qarabağ”, “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturlarında genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işlərinə başlamağı planlaşdırırıq. Bütün bu planların mərkəzində SOCAR-ın dənizdəki başlıca kommunikasiya qovşağına çevrilmiş "Neft Daşları", burada qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır”.

SOCAR prezidenti qeyd edib ki, yatağın işlənilmə perspektivləri də kifayət qədər böyükdür: “Hazırda qalıq ehtiyatlar 210 mln. ton, çıxarıla bilən ehtiyatlar 18 mln. ton civarında qiymətləndirilir. Texnologiyalar inkişaf etdikcə, bu ehtiyatların daha böyük həcminin hasil olunması mümkündür. Qarşıdakı illərdə daha 5 özülün tikintisi və yeni quyuların qazılması nəzərdə tutulur”.

Oxşar xəbərlər