Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İşsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib - Nazir müavini

17 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub.

Bunu Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda keçirilən konfransda deyib.

Nazir müavininin sözlərinə görə, aparılmış işlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib:

"Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub. Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb".

Trend

Oxşar xəbərlər
OTACI