Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıdan Sumqayıta və Xırdalana avtobusların sayı artırılır

13 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədar sentyabrın 15-dən Bakıdan Sumqayıta və Xırdalana hərəkət edən avtobusların sayı artırılacaq. 

Press.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib. 

Onun sözlərinə görə, məqsəd tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın qarşısını almaqdır: "Bunun üçün daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən 595535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub".

Oxşar xəbərlər
OTACI