Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu yollarda rəngləmə işləri aparılır

14 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bu barədə Press.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Analoji işlər Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunda (Zabrat dairəsindən Pirşağı qəsəbəsinə kimi) axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq .

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxşar xəbərlər
OTACI