Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

24 May 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Press.az-a verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edilir.

Oxşar xəbərlər
OTACI