Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Le Kef inzibati ərazi vahidində dabaq xəstəliyi qeydə alınıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə bu inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Tunis Respublikasının Le Kef inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.