Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ləğv olunmuş dövlət şirkətinin 13 milyon manata yaxın yığılmış zərəri olub

17 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus, ləğv olunmuş “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2021-ci ili 1,698 milyon manat zərərlə başa vurub.

Press.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 9,4 % azdır.

Bununla belə, şirkətin yığılmış zərəri 15,5 % artaraq 12,647 milyon manata çatıb.

2021-ci ildə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin əsas əməliyyat (satışdan) gəlirləri 24 min manat (2020-ci illə müqayisədə 2,1 % çox), digər əməliyyat gəlirləri 6 min manat (əvvəlki il olmayıb), məzənnə fərqindən gəlirləri 1 min manat (əvvəlki il zərər olub), maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları 3 min manat (2,1 dəfə çox), əməliyyat xərcləri 880 min manat (11,9% az), inzibati xərcləri isə 846 min manat (5,4 % az), təşkil edib.

Ötən il yanvarın 1-nə Mərkəzin aktivləri 6,198 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 8 % artaraq 675 min manata çatıb, balans kapitalı isə 3,5 % azalaraq 5,523 milyon manata düşüb.

“Milli Nüvə Tədqiqatları Mərkəzi” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. Prezident İlham Əliyevin "Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə səhmdar cəmiyyətinin, eləcə də nazirlik yanında İnnovasiyalar Agentliyinin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb.

Oxşar xəbərlər
OTACI