Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət cari ilin iki ayında özəlləşdirmə və icarədən nə qədər qazanıb? - FOTO

17 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin ilk 2 ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 20,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Press.az xəbər verir ki bu barədə oxu.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmət dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-fevral ayları ərzində 5 hərrac keçirib. Bu hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, bir kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Bu ilin ilk 2 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 11 onlayn qoşulma reallaşıb. 2023-cü ilin yanvar-fevral ayları ərzində hərrac üsulu vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib. 

2023-cü ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 14,8 milyon manat təşkil edib. Dövlət əmlakının icarəyə verilməsi sahəsində də bu ilin ilk 2 ayında yüksək nəticələr əldə edilib. Belə ki, bu dövrdə 439 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 134-ü qeyri-yaşayış, 305-i isə torpaq sahələrinə dair olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinə 5,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 20,7 milyon manat vəsait büdcəyə daxil olub.

Oxşar xəbərlər
OTACI