Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Marketlərdə ət niyə qəssabxanalardan ucuzdur? – Ekspert rəyi

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün marketlərdə ətin qiyməti qəssabxanalara nisbətən daha ucuzdur. Bəlkə də bu səbəbdən marketlərə üz tutanların sayı artmaqda davam edir.

Maraqlıdır, marketlərdə satılan ətlərlə qəssabların satdığı ət arasında keyfiyyət fərqi varmı?

Press.az xəbər verir ki mövzu ilə bağlı sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, ətin ayrı-ayrı yerlərdəki müxtəlif qiymətləri icarə pulu, məhsulun daşınma xərcləri ilə birbaşa əlaqəlidir:

“Bu qiymətlər bazar və marketlərdə fərqlidir. Məsələn, market bəlli bir yeri icarəyə götürür və orada nəyi, neçəyə istəyirsə satır. Təbii ki, onlarda sahə geniş olduğuna, məhsul çeşidləri çoxluq təşkil etdiyinə görə bəzilərində endirimlər müşahidə edilir. Yaxud, vaxtının keçməsinə az qalan məhsulların qiymətlərində ucuzlaşma görə bilirik. Yəni marketlər təkcə bir əti satmaqla icarə pulu ödəmir. Qazandıqlarının qarşılığında ayın sonundakı icarə ödənişi onlar üçün sadəcə qəpik-quruşdur. Amma bazarda vəziyyət belə deyil. Qəssab sadəcə ət satmaqla məşğuldur və gəliri bundandır. Eyni zamanda, icarə pulu yüksəkdir, baytar nəzarəti var və.s.”.

Müsahibimiz deyib ki, insanlar mütləq ət istehlak etməlidir:

“Qırmızı ətin tərkibində olan B12 vitamini başqa heç bir şeydə yoxdur.  Göbələklərdə var, lakin onu kilolarla yemək lazımdır ki, bədən həmin vitaminlə təmin olunsun. Ət yeməyən insanlarda bu, ineksiya yolu ilə  həyata keçirilir. Ona görə insanların ət yeməsi vacibdir, amma tibbi baxımdan çox yemək də olmaz. Çünki bizim hər kiloqramımıza bir qram zülal düşürsə, onun yarım qramı heyvan, yarımı isə bitki mənşəli olmalıdır. Heyvan mənşəli qidalara ətlə yanaşı, yumurta, balıq da daxildir. Biz həftəlik qida rasionumuza ət də, balıq, yumurta, toyuq da daxil etməliyik. Bunlara diqqət etmək məsləhətdir”.

Oxşar xəbərlər
OTACI