Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanla Özbəkistan arasında investisiya layihələri müzakirə olunub

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən olan ticarət sahəsində ötən il 63%-dən çox artım olub.

Press.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, nazir Mikayıl Cabbarovun Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanovla görüşündə bildirilib.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi üzrə təşəbbüslər, birgə investisiya layihələri, enerji sahəsində tərəfdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunub. M.Cabbarov dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb, keçirilən görüşlərin və aparılan danışıqların önəmini diqqətə çatdırıb.

Görüşdə energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, əczaçılıq, rəqəmsallaşma, kiçik və orta biznes, sənaye, o cümlədən, avtomobil sənayesi və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb, ölkələrimizin regionları arasında münasibətlərin inkişafının əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, əlaqələrin genişlənməsində mühüm platforma olan Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 11-ci iclasında əldə olunmuş razılıqların həyata keçirilməsi üçün önəmli addımlar atılıb. Bundan əlavə, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var və bu imkanların reallaşdırılması üçün zəruri işlər görülür.

A.Sultanov ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə önəm verdiyini vurğulayıb, iqtisadi sahədə tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi üzrə təşəbbüslər, birgə investisiya layihələri, enerji sahəsində tərəfdaşlığın perspektivləri, işğaldan azad olunmuş ərazilərimizdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparıblar.

14:56

Azərbaycanla Özbəkistan arasında investisiya layihələri və enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Press.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üzrə təşəbbüslər, birgə investisiya layihələri və enerji sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirə apardıq”, – nazir qeyd edib.

Oxşar xəbərlər
OTACI